Avropa Liqası: "Qarabağ” növbəti mərhələdə

Avropa Liqası: "Qarabağ” növbəti mərhələdə

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da ilk oyununa çıxıb. Komandamızın rəqibi Makedoniya təmsilçisi “Metallurg” (Skopye) idi. Kağız üzərində rəqibindən xeyli güclü olan Ağdam klubu vaxtilə məhz bu turnirdə məğlub etdiyi komandaya yenə eyni aqibəti yaşatmağa borclu idi. Hər halda səfərdə qazanılan 1:0 hesablı qələbə də Qurban Qurbanovun yetirmələrinin növbəti mərhələyə adlamağı üçün çox böyük şans yaratmışdı. Ağdam klubu doğma meydanda da minimal hesabla qalib gələrək, adını növbəti mərhələyə yazdırıb. Qeyd edək ki, komandamızın növbəti mərhələdəki rəqibi Polşanın "Piast" klubu olacaq. Avropa LiqasıBirinci təsnifat mərhələsi (cavab oyunu)11 iyul Qarabağ – Metallurg - 1:0 (0:0)Qol: L.Corc, 85.Baş hakim: Radek Matejek (Çexiya)Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.İlk oyun – 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər