AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun X turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Ağsu"nun futbolçusu Malik Babayev "Göyəzən"lə matçının 35-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. AFFA onu 4 oyunluq cəzalandırıb, klubu 400 manat cərimə edib.
“Bakı”nın futbolçusu Elmin Əsgərli "Mil-Muğan"la oyunun 69-cu dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılarkən azərkeşlərə qarşı təhqiredici hərəkət edib. Ona 5 oyun cəza verilib, klub 400 manat cərimələnib.
Oyunun 89-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan “Bakı”nın digər üzvü Yusup Xakimovun cəzası 1 oyun olub. Klub buna görə 20 manat ödəyəcək.
"Mil-Muğan” və "Şərurspor" 4, “Bakı” 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimə edilib.
Fanat.az