“ASAN Xidmət” “Neftçi”dən imtina etdi

“ASAN Xidmət” “Neftçi”dən imtina etdi

“Neftçi” klubu futbolçularının Azərbaycan Premyer Liqasının I turunda “Qarabağ”la görüşə üzərində “ASAN Xidmət” yazılan formalarla çıxmamasına aydınlıq gətirib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “ASAN Xidmət” 2017/2018 mövsümündən etibarən “Neftçi”nin titul sponsoru olmayacaq. Lakin qurumla əməkdaşlıq davam etdiriləcək.

“Ağ-qaralar” hazırda yeni titul sponsorun tapılması istiqamətində bir neçə şirkətlə danışıq aparır.

Qeyd edək ki, "Neftçi" ilə "ASAN Xidmət" arasında titul sponsorluğu ilə bağlı müqavilə ötən il oktyabrın 17-də imzalanmışdı. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər