"Arsenal"ın yarımmüdafiəçisi bu il oynamayacaq

"Arsenal"ın yarımmüdafiəçisi bu il oynamayacaq

İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib. 

Fanat.Az London klubunun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Emil Smit Rou aldığı ağır zədə səbəbindən əməliyyat olunub.

22 yaşlı futbolçunun bərpa prosesinin dekabra qədər davam edəcəyi bildirilir. Onun ən yaxşı halda gələn ilin əvvəlində yaşıl meydanlara dönməsi ehtimal olunur.

“Arsenal”ın öz yetirməsi olan Emil bu mövsüm cəmi 4 oyunda iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər