"Arsenal"ın ulduzu "İnter"in təklifini rədd etdi

"Arsenal"ın ulduzu "İnter"in təklifini rədd etdi
"Arsenal"ın hücumçusu Aleksandr Lyakazett "İnter"in maraq dairəsinə düşüb.
"Barselona"ya keçəcəyi gözlənilən Lautaro Martinesin əvəzedicisinin axtarışında olan "İnter" "Arsenal"a təklif göndərib. Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, Lyakazett "neradzurri"yə "yox" cavabı verib.
29 yaşlı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır. Cari mövsümdə Premyer Liqada 20 matçda meydana çıxan Lyakazettin aktivində 7 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər