"Arsenal"ın sabiq oyunçusu Bekhemin klubuna keçdi

"Arsenal"ın sabiq oyunçusu Bekhemin klubuna keçdi
London "Arsenal”ının sabiq müdafiəçisi Kiran Gibbs karyerasını ABŞ-da davam etdirəcək.
 
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu "İnter Mayami”yə keçib.
 
Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gibbslə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Müdafiəçi iyulda yeni komandasına qoşulacaq.
 
2017-ci ildən İngiltərənin "Vest Bromviç” klubunda çıxış edən Gibbs, "İnter Mayami”yə yayda azad agent kimi keçəcək.
 
İngiltərə yığmasında 10 oyuna çıxan Kiran Gibbs, 2007-2017-ci illər aralığında "Arsenal”da çıxış edib.
 
"İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər