"Arsenal"ın qapıçısı Bernd Leno karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Xəbərə görə, 29 yaşlı alman "İnter"in maraq dairəsinə düşüb.
Qeyd edək ki, bir müddət öncə "Şeffild Yunayted"dən Aaron Ramsdeylə (Aaron Ramsdale) müqavilə bağlayan London klubu Leno ilə vidalaşmağa hazırdır.
Röya