"Benfika" London "Arsenal"ının qapıçısı Bernd Lenonu heyətinə qatmaq istəyir.
Fanat.Az "Correio da Manha"ya istinadən xəbər verir ki, İngiltərə klubu bu mövsüm əsas heyətdəki yerini Aaron Ramsdeylə uduzan qolkiperi satmağa hazırdır.
Belə ki, 30 yaşlı almaniyalı əlcək sahibi özü də daha çox oynaya biləcəyi komandaya üz tutmaqda maraqlıdır.
"Transfermarkt" portalı Lenonun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.
Nihat