"Arsenal"ın müdafiəçisi Ektor Belyerin karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, "Sevilya" Belyerinlə ciddi şəkildə maraqlanır. "Əndəluslar"ın yaxın günlərdə 25 yaşlı futbolçuya görə "topçular"a təklif göndərəcəyi bildirilir.
Belyerinin adı "İnter", "Yuventus" və PSJ ilə də birlikdə hallanır.
Cari mövsümdə 20 matçda meydana çıxan ispan oyunçu bir dəfə fərqlənməyə imkan tapıb.
Qeyd edək ki, Belyerin "Barselona"nın yetirməsidi.
Fanat.Az