"Arsenal”ın müdafiəçisi Rob Holdinq 6-9 ay yaşıl meydanlardan uzaq qalacaq.
Fanat.Azxəbər verir ki, İngiltərə Premyer Liqası çərçivəsində "Mançester Yunayted”lə son oyunda (2:2) sıardan çıxan futbolçunun zədəsinə dəqiq diaqnoz qoyulub: sol dizin ön xaçvari bağlarının qopması.
Holdinq yaxın günlərdə əməliyyat olunacaq. Bərpanın 6-9 ay sürəcəyi bəllidi. Bu isə o deməkdir ki, 2018/19 mövsümü 23 yaşlı arxa xətt oyunçusu üçün başa çatıb.
Qeyd edək ki, Rob "Arsenal”ın əsas heyətinə bu mövsüm yüksəlmişdi.
Fanat.Az