Konte "Arsenal"a gəlir?

Konte "Arsenal"a gəlir?

"Arsenal" rəhbərliyi komandanın baş məşqçisi Mikel Artetanın istefaya göndərməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, bu barədə "Football London" nəşri məlumat yayıb.

Xəbərə görə, ispan mütəxəssisin yerinə "İnter"in sabiq baş məşqçisi Antonio Kontenin (Antonio Conte) gələcəyi gözlənilir.

Qarşıdakı 5 oyunda "Arsenal" lazım olan nəticəni əldə etməsə, klub rəhbərliyi düşünmədən Arteta ilə yolları ayıracaq.

Qeyd edək ki, İPL-in ilk iki turunda "Arsenal" ardıcıl məğlubiyyətlə üzləşib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər