"Arsenal"ın daha bir futbolçusunun adı Şöhrət Zalına daxil edildi

"Arsenal"ın daha bir futbolçusunun adı Şöhrət Zalına daxil edildi
"Arsenal”ın sabiq hücumçusu Dennis Berqkampın da adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. 
Hollandiyalı veteran futbolçu 3 dəfə "Arsenal”la İngiltərə Premyer Liqasının qalibi olub. "Topçular"ın heyətində ümumilikdə 423 oyun keçirən Berqkamp 120 qola imza atıb. 
Qeyd edək ki, Şöhrət Zalına Tyerri Anri, Alan Şirer, Erik Kantona və Frenk Lempardın da adı daxil edilib. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər