"Arsenal”ı "Qarabağ”a qarşı Bakıda keçirəcəyi səfər oyununda ən azı 500 azarkeş dəstəkləyəcək.
Fanat.az xəbər verir k, ingilislər Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq görüş üçün Ağdam klubundan 500 azarkeşlik yer istəyib.
Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçın start fiti saat 20:55-də səsləndiriləcək.
Fanat.Az