“Arsenal”dan Premyer Liqada yeni rekord

“Arsenal”dan Premyer Liqada yeni rekord

“Arsenal” klubu İngiltərə Premyer Liqasında rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, London təmsilçisi 17-ci tur çərçivəsində “Vest Hem”i 3:1 hesabı ilə məğlub etməklə buna nail olub.

“Topçular” 15 oyundan sonra xallarının sayını 40-a çatdırıb. Bu, komandanın tarixində ilk belə hadisədir.

Xatırladaq ki, Mikel Artetanın baş məşqçi olduğu kollektiv hazırda Premyer Liqanın vahid lideridir. London təmsilçisi geridə qalan 17 turda cəmi 2 oyunda büdrəyib ki, bunlardan da biri heç-heçə, digəri məğlubiyyətlə bitib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər