"Arsenal" Pyer-Emerik Obameyanqı kapitan sarğısından məhrum edib.
Fanat.Az xəbər verir ki, buna səbəbə qabonlu hücumçunun nizam-intizam qaydaları pozmasıdır.
"Eurosport" saytının yaydığı məlumata görə, bir neçə gün əvvəl futbolçu müxtəlif səbəbləri bəhanə gətirərək məşqləri buraxıb. Bu səbəbdən, o, Premyer Liqanın 17-ci turunda "Vest Hem"lə matçda oynamayacaq. Eyni səbəbdən Obameyanq “Sauthempton”la da oyunu buraxmışdı.
“Arsenal” rəhbərliyi futbolçuya sərt xəbərdarlıq edib və kapitanlıqdan məhrub olub. Bununla bağlı klubun rəsmi saytında bəyanat da yayıılıb: “Biz bütün futbolçularımızdan, xüsusən də kapitanımızdan müəyyən etdiyimiz və razılaşdığımız qaydalara riayət etməsini gözləyirik”
Mənbə bildirir ki, bu, Obameyanqın "Arsenal" azarkeşlərini məyus etdiyi ilk hadisə deyil. Belə ki, "Mançester Yunayted"ə məğlub olduqları matçdan sonra Obameyanq rəqib futbolçu Kriştianu Ronaldunun "Twitter"də paylaşdığı qələbəyə sevinci postunu da bəyənib. Lakin azarkeşlərin tənqidindən sonra futbolçu paylaşımı "unlike" etməli olub.
Qeyd edək ki, Obameyanq "Arsenal"da uzun müddətdir nizam-intizam problemi yaradır. Hətta komandanın baş məşqçisi Mikel Arteta onu mart ayında “Tottenhem”lə oyundan uzaqlaşdırmışdı. İspan mütəxəssis futbolçunun məşqlərə ardıcıl olaraq gecikməsindən narazılıq bildirmişdi.
Emin