"Arsenal"dan La Liqa klubuna təklif

"Arsenal"dan La Liqa klubuna təklif
"Levante"nin yarımmüdafiəçisi Enis Bardi karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Onda Deportiva Valencia"ya istinadən xəbər verir ki, "Arsenal" Bardinin xidmətində maraqlıdı. London klubunun 24 yaşlı futbolçuya görə "Levante"yə sərfəli təklif göndərdiyi bildirilir.
"Topçular"la yanaşı, Bardinin adı "Fiorentina" və bəzi Bundesliqa klubları ilə də yanaşı hallanır.
Cari mövsümdə La Liqada 26 matçda forma şansı əldə edən makedoniyalı oyunçu 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər