"Arsenal"dan "Barselona"ya, özü də havayı - SON DURUM

"Arsenal"dan "Barselona"ya, özü də havayı - SON DURUM

London "Arsenal”ının ispan müdafiəçisi Naço Monreal bu yaxınlarda vətəninə qayıda bilər.

Fanat.Az "Mirror”a istinadən xəbər verir ki, "Barselona” 33 yaşlı Monreala Jordi Albanın əvəzləyicisi gözüylə baxır.

 

Naço Kataloniya təmsilçisinə havayı qismət olmaq üzrədi. Belə ki, onun İngiltərə klubu ilə olan müqaviləsinin müddəti mövsümün sonunda bitir.

Qeyd edək ki, "Arsenal” 2013-cü ildə "Malaqa”dan transfer olunan Monrealla yeni müqavilə ilə bağlı razılığa gəlməyə çalışsa da, tərəflər ortaq məxrəcə gəlməyib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər