"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal"ı iki futbolçusu ilə peşəkar müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, Bukayo Saka və Artur Okonkvo London klubunun əsas heyətinə cəlb olunub.
Qeyd edək ki, hər iki futbolçu indiyədək "Arsenal"ın U-18 komandasında çıxış edirdi.
Fanat.Az