"Arsenal" yeni transfer üçün çalışır

"Arsenal" yeni transfer üçün çalışır
"Lester"in futbolçusu Ceyms Medison (James Maddison) "Arsenal"a keçə bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Kris Uitli öz "Twitter" səhifəsində yazıb.
Xəbərə görə, "Lester" yarımmüdafiəçisinə 60 milyon funt sterlinq qiymət qoyub. "Topçular" isə bu məbləği ödəməyə tərəddüd etsə də, futbolçunu almaqda fikirləri qətidir. 
Xatırladaq ki, Ceyms Medison "Lester"in heyətində 94 oyuna 21 qolla yadda qalıb.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər