İtaliyanın "Bolonya" klubunun və Yaponiya millisinin müdafiəçisi Takehiru Tomiyasu London "Arsenal"ına keçib.
Fanat.Az xəbər verir ki, "topçular"ın rəsmi saytında futbolçunun uzunmüddətli anlaşmaya qol çəkdiyi bildirilsə də, müqavilənin müddəti açıqlanmayıb.
22 yaşlı Tomiyasu 2019-cu ildən "Boloniya"nın uğurları üçün çalışdırdı. O, 2018-ci ildən Yaponiya millisinə çağırılır.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk 3 turunda xal qazana bilməyən "Arsenal" hazırda turnir cədvəlinin sonuncu - 20-ci pilləsindədir.
Nihat