Antuan Qrizmann mövsümün sonunda "Barselona"dan ayrıla bilər.
Fanat.Az "Express"ə istinadən xəbər verir ki, Qrizmannın karyerasını İngiltərə və ya İtaliyada davam etdirmək ehtimalı var. "Arsenal" və "İnter" 29 yaşlı hücumçunun xidmətində maraqlıdı.
"Barselona"nın prezidenti Xosep Mariya Bartomeunun Qrizmannın oyunundan razı olmadığı bildirilir.
Cari mövsümdə 43 matçda meydana çıxan fransız futbolçunun aktivində 14 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az