"Arsenal" Unay Emerini istefaya göndərdi

"Arsenal" Unay Emerini istefaya göndərdi
"Arsenal"ın baş məşqçisi Unay Emerini istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
48 yaşlı mütəxəssislə yollar komandanın uğursuz çıxışlara görə ayrılıb. London təmsilçisi ispaniyalı məşqçinin rəhbərliyi altında ardıcıl 7 oyun qələbə qazana bilməyib. Bu, 27 il ərzində ən pis göstərici olub.
Qeyd edək ki, Unay Emeri 2018-ci ilin yayında "Arsenal"a rəhbərlik edib. London təmsilçisi bu il Bakıda keçirilən Avropa Liqasının finalında "Çelsi"yə uduzub - 1:4. "Topçular" İngiltərə Premyer Liqasında 13 turdan sonra 18 xalla 8-ci pillədədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər