İglitərənin "Arsenal" klubu norveçli yarımmüdafiəçi Martin Edeqorun (Martin Odegaard) transferi ilə bağlı "Real Madrid"lə yenidən danışıqlar aparır.
Fanat.Az "ABC" xəbər portalına istinadən xəbər verir ki, Kral Klubu futbolçuya görə 50 milyon avro tələb edir. "Topçular" isə 30 milyondan çox pul ödəmək iqtidarında deyil.
Əks təqdirdə "Arsenal" klubu futbolçunu satınalma hüquq ilə bir mövsümlük icarəyə götürməyi təklif edir.
Daha əvvəl "Real Madrid" rəhbərliyi London təmsilçilərinə futbolçu ilə bağlı bir neçə sərfəli təklif irəli sürmüşdü. "Arsenal" rəhbərliyi isə 30 milyondan artıq ödəniş etməyəcəyini bildirmişdi.
Xatırladaq ki, Edeqor ötən mövsümün ikinci yarısını icarə əsasında "Arsenal"da keçirib. O, çıxdığı 14 oyunda bir qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev