"Arsenal" şokda: Mövsümü erkən bitirdi

"Arsenal" şokda: Mövsümü erkən bitirdi
"Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyranın zədəsinin ciddi olduğu ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, Torreyranın topuğunda sınıq aşkarlanıb. Uruqvaylı futbolçu İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Portsmut"la oynanılan görüşdə zədə almışdı.
Torreyra 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq. Belə olan halda, o, mövsümün qalan hissəsini qaçıracaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər