"Arsenal" portuqaliyalı yarımmüdafiəçi ilə anlaşdı

"Arsenal" portuqaliyalı yarımmüdafiəçi ilə anlaşdı

"Arsenal" "Portu"dan hücumameyilli yarımmüdafiəçi Fabio Vieyranı transfer etməyə yaxındır.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunun keçidi üçün 40 milyon avro ödəməli olacaq. Yaxın günlərdə Vieyra Londona yollanaraq 5 illik müqavilə imzalamalıdır.

Portuqaliyalının alınmasına "Arsenal"ın baş məşqçisi Mikel Arteta şəxsən təşəbbüs göstərib. Vieyra 19 yaşlı braziliyalı Markinyosdan sonra "topçular"ın ikinci yay transferi ola bilər.

2020-ci ilin iyununda "Portu"nun əsas komandasında debütünü reallaşdıran yarımmüdafiəçi son mövsümdə Portuqaliya çempionatında 27 matçda 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər