"Arsenal" Pepeyə görə 80 milyon avro ödəyəcək

"Arsenal" Pepeyə görə 80 milyon avro ödəyəcək
"Lill"in hücumçusu Nikolya Pepenin "Arsenal"a keçidi rəsmiləşmək üzrədi.
BBC-nin xəbərinə görə, tərəflər transferi 80 milyon avroya razılaşdırıblar. "Arsenal" məbləği tranş şəklində ödəyəcək.
24 yaşlı hücumçunun müqaviləsinin 5 il müddətinə nəzərdə tutulduğu bildirilir. Pepeyə görə "Napoli" təklif göndərsə də, oyunçunun agenti rədd cavabı verib.
Ötən mövsüm Fransa Liqa 1-də 37 matçda meydana çıxan Nikolya Pepe 22 dəfə rəqib qapılarına yol tapmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər