"Arsenal" narkotik çəkən oyunçuları haqda bəyanat yaydı

"Arsenal" narkotik çəkən oyunçuları haqda bəyanat yaydı

"Arsenal” futbolçularının mövsüm ərəfəsində yayılan görüntülərinə reaksiya verib.

 

 

Fanat.Az-ın məlumatına görə, klubun adından narkotikdən istifadə edərək əylənən oyunçuların davranışlarıyla bağlı bəyanat yayılıb:

"Baş verənlər oyunçularla müzakirə olunacaq. Onlara klub təmsilçiləri qismində daşıdıqları məsuliyyət xatırladılacaq”.

 

Videogörüntüləri üzə çıxan gecəyə Məsut Özil, Pyer-Emerik Obameyanq, Aleksandr Lakazet, Matteo Quendouzi və Henrix Mxitaryan kimi futbolçular qatılıb. Onlar əyləncə gecəsində "Hippy Crack" adlı narkotik vasitədən istifadə edib.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər