London "Arsenal"ı heyətini "Milan"ın yarımmüdafiəçisi Sandro Tonali ilə gücləndirmək istəyir.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, komandanın baş məşqçisi Stefano Pioli sözügedən futbolçunun qalmasının tərəfdarı olsa da, rəhbərlik onu 55 milyon varoya satmağa hazırdır.
Tərəflərin bu yöndə danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, 22 yaşlı Tonali "Breşia"nın yetirməsidir. O, 2020-ci ildən "Milan"ın uğurları üçün çalışır. Yarımmüdafiəçinin "qırmızı-qaralar"la olan müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat