"Arsenal" "Liverpul"a qalib gələrək Super Kuboku qazandı - VİDEO

"Arsenal" "Liverpul"a qalib gələrək Super Kuboku qazandı - VİDEO
İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, superkubok görüşündə  son ölkə çempionu "Liverpul" və son ölkə kubokunun qalibi "Arsenal" üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.  Burada daha dəqiq olan (5:4) "Arsenal" Superkubokun sahibi olub.
Bununla da London təmsilçisi tarixində 16-cı dəfə bu titulu qazanıb.
Arsenal - Liverpul 1:1 (penalti - 5:4)
Qollar: Obameyanq, 12 - Minamino, 73.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər