"Arsenal" Koutinyo ilə maraqlanır

"Arsenal" Koutinyo ilə maraqlanır

"Aston Villa" bu qış "Barselona"dan icarə götürdüyü Filippe Koutinyonun çıxışından razı qalıb. 

Fanat.Az xəbər verir ki, Birminqen klubunun rəhbərliyi mövsümün sonunda braziliyalı yarımmüdafiəçini birdəfəlik transfer etməyi düşünür. Lakin Barselona" futbolçunun satışından 40 milyon avro qazanmağı planlaşdırır və bu qiymət "Aston Villa"nın büdcəsinə uyğun deyil.

"Goal"ın yaydığı məlumata görə, "Arsenal" gedişatı diqqətlə izləyir. Belə ki, "topçular" bu yay Koutinyonu almaq üçün hərəkətə keçmək fikrindədir. 

Qeyd edək ki, 29 yaşlı "sambaçı" 2018-ci ildən "Barselona"nın üzvüdür. O, 2019-2020-ci illər mövsümünü icarə əsasında "Bayern Münhen"də keçirib. Ancaq bu qış transfer pəncərəsi dönəmində Kataloniya klubu onu yenidən icarəyə göndərib.

Röya 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər