"Arsenal" Premyer Liqanın 37-ci turu çərçivəsində oynanılan matçda "Aston Villa"ya 0:1 hesabı ilə məğlub olub.
Aktivində 54 xalı olan "Arsenal" son tur ərəfəsində 10-cu sırada qərarlaşıb və 7-ci "Tottenhem"dən 5 xal geri qalır. Beləliklə, "topçular"ın "ilk 7-lik"dən kənar qalacağı dəqiqləşib.
1994-95 mövsümündən bəri ilk dəfədi ki, belə hal baş verir. O zaman "Arsenal" 12-ci olmuşdu. Bir il sonra Arsen Venger komandaya baş məşqçi təyin olunmuşdu.
Fanat.Az