"Arsenal" müdafiəçi Konstantinos Mavropanosun müqaviləsini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Mavropanosun sözləşməsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. 22 yaşlı futbolçu 2020-21 mövsümünü icarə əsasında "Ştutqart"da keçirəcək.
Mavropanos cari mövsümdə "Arsenal"ın heyətində 3 matçda meydana çıxıb. 2020-ci ilin yanvarında yunan oyunçu "Nürnberq"ə icarəyə verilmişdi.
Fanat.Az