"Arsenal" formasıyla son oyununu Bakıda keçirəcək

"Arsenal" formasıyla son oyununu Bakıda keçirəcək

"Arsenal" Avroliqanın finalında "Çelsi" ilə Bakıda keçiriləcək oyuna Danni Uelbeki də gətirə bilər. Fanat.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, zədəsini sağaldan ingiltərəli hücumçu kollektiv məşqlərə qatılır.

 

Onun həlledici qarşılaşmada forma geyinəcəyi gözlənilir. Eyni zamanda, paytaxtımızdakı Avroliqa finalı 28 yaşlı forvardın London klubunda son oyunu olacaq. "Topçular"ın baş məşqçisi Unay Emeri Uelbekin komandadan ayrılacağını təsdiqləyib. Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Arsenal" - "Çelsi" oyunu yerli vaxtla 23:00-da başlayacaq.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər