David Luizin "Arsenal"dakı taleyinə aydınlıq gəldi - RƏSMİ

David Luizin "Arsenal"dakı taleyinə aydınlıq gəldi - RƏSMİ
"Arsenal" David Luizin müqaviləsini uzadıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Luiz "Arsenal"la yeni birillik sözləşməyə imza atıb.
"David bizim üçün çox önəmli futbolçudu. O, cari mövsümdə, demək olar ki, bütün matçlarda oynayıb. Davidin həm meydanda, həm də meydandan kənarda komandaya çox köməyi dəyir", - deyə "topçular"ın texniki direktoru Edu bildirib.
Braziliyalı futbolçu 2019-cu ildə "Arsenal"a keçib. 33 yaşlı müdafiəçi cari mövsümdə 26 matçda meydana çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər