"Arsenal" daha bir futbolçusunu itirdi

"Arsenal" daha bir futbolçusunu itirdi
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Arsenal" daha bir itki ilə üzləşib.
 
Fanat.Az xəbər verir ki, London təmsilçisi yunan müdafiəçi Sokratis Papastatopulosun xidmətindən məhrum olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Papastatopulos "Everton”a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqa oyununda zədə alıb. Onun yaşıl meydanlara nə vaxt dönəcəyi bu gün keçiriləcək  tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-də "Arsenal”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər