"Arsenal" Bakı finalı üçün mükafat ayırdı - Fantastik məbləğ

"Arsenal" Bakı finalı üçün mükafat ayırdı - Fantastik məbləğ
"Arsenal"ın Bakıdakı Avropa Liqasının finalında qalib gələcəyi təqdirdə, futbolçularına verəcəyi mükafatın məbləği müəyyənləşib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, London klubu finaldakı qələbə üçün 10 milyon funt-sterlinq (bugünkü məzənnə ilə təxminən 21.6 milyon manat) mükafat ayırıb.
"Arsenal" rəhbərliyi kuboku qazanacağı halda futbolçulara 100 min funt-sterlinqlə 500 min funt-sterlinq arasında ödəniş edəcək. Kollektiv üzvləri müqavilələrinə daxil edilən maddələrə əsasən pul mükafatları alacaqlar.
Qeyd edək ki, "Arsenal" sonuncu dəfə Avropada 1994-cü ildə titul qazanıb. Bakıdakı final mayın 29-da Olimpiya Stadionunda keçiriləcək və "Arsenal" "Çelsi” ilə qarşılaşacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər