"Arsenal" A Seriyasının ən yaxşı gəncini istəyir

"Arsenal" A Seriyasının ən yaxşı gəncini istəyir

London "Arsenal"ı "Fiorentina"nın serb hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq istəyir.

Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, "topçular" 21 yaşlı forvarda gələn ilin yayında müqaviləsinin müddəti başa çatacaq Aleksandr Lyakazettin əvəzləyicisi gözüylə baxır.

Vlahoviçin "bənövşəyilər"in yeni anlaşma təklifini geri çevirməsi gənc forvardın satılacağına inanan londonluları hərəkətə keçirib. Düzdür, Duşanın xidmətində İngiltərənin daha bir klubu "Tottenhem Hotspur" da maraqlıdır. Lakin Duşanın məhz "Arsenal"a keçməyə daha yaxın olduğu bildirilir.

Bu mövsüm A Seriyasında 7 matça çıxan Vlahoviç 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Fiorentina" ilə olan sözləşməsinin müddəti 2023-cü ilin 30 iyun tarixinə qədərdir.

2020/2021 mövsümündə Vlahohiç A Seriyasında 37 oyuna çıxıb. Bu matçlarda 21 qola imza atan "Partizan"ın yetirməsi İtaliya çempionatının ən yaxşı gənc oyunçusu seçilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər