"Arsenal" 25 milyon avro ödəməyə hazırdı, "Atletiko" 50 milyon tələb edir

"Arsenal" 25 milyon avro ödəməyə hazırdı, "Atletiko" 50 milyon tələb edir
"Arsenal" Tomas Partinin transferini "Atletiko" ilə razılaşdıra bilmir.
Fanat.Az "The Guardian"ın jurnalisti Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, "Arsenal" Partiyə görə bir oyunçusunu qarşı tərəfə göndərməklə yanaşı, 25 milyon avro ödəməyə hazırdı. Lakin "Atletiko" 27 yaşlı futbolçunun təzminat məbləğini - 50 milyon avro - tələb edir.
"Topçular" Madrid klubuna cavabında 50 milyon avro ödəməyəcəklərini bildirib.
Partinin müqaviləsi 2023-cü ilin yayında bitəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər