"Arsenal" 20 yaşlı gənci 35 milyon avroya satmadı

"Arsenal" 20 yaşlı gənci 35 milyon avroya satmadı
"Aston Villa" London "Arsenal"ının 20 yaşlı yarımmüdafiəçisi Emil Smit-Roudan əl çəkmir.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, daha öncə "topçular"a 25 milyon funt (təxminən 30 milyon avro) təklif edən və rədd cavabı alan birmingemlilər bir neçə gün öncə 30 milyon funtluq (35 milyon avro) təkliflə London təmsilçisinin qapısını döyüb.
Lakin "Arsenal" rəhbərliyi Emili satmaq niyyətindən uzaq olduqlarını bildirərək "Aston Villa" rəsmilərinin arzusunu gözündə qoyub.
Qeyd edək ki, Smit-Rou "Arsenal"ın öz yetirməsidir. 2019-cu ildə icarə əsasında Almaniyanın "Layptsiq" klubunda top qovan gənc oyunçu 2020/2021 mövsümündə London komandasının formasıyla 20 Premyer Liqa matçına çıxıb. Bu görüşlərdə 2 qol vuran Emil 4 məhsuldar ötürmə ilə də diqqət mərkəzinə düşməyi bacarıb.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər