"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Mirror" nəşrinə müsahibə verib.
Fanat.Az xəbər verir ki, ingilis mütəxəssisə "London klubuna yenidən qayıtma ehtimalı varmı?" sualı da ünvanlanıb.
Venger isə cavabında "71 yaşım var. Bu kluba həyatımın ən gözəl illərini verdim. "Arsenal" hazırda yaxşı formadadır. Çətin qarşılaşmalar keçirdilər, amma bu komandanın potensialı var. Ümid edirəm vəziyyəti düzəldə bilərlər. Hazırda sadəcə "Arsenal" azarkeşiyəm", - deyə bildirib.
Qeyd edək ki, Mikel Artetanın yetirmələri İngiltərə Premyer Liqasına ardıcıl 3 məğlubiyyətlə start verib və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Emin Şəmsiyev