"Bu gün rəqibimiz bir həftə öncəki ilə müqayisədə daha yaxşı oynadı. Ümumiyyətlə, "Qarabağ" xoş təsir bağışladı". Fanat.az xəbər verir ki, bu sözləri "Ayntraxt"ın baş məşqçisi Armin Fe "Qarabağ"la oyundan sonra deyib.
Almaniyalı mütəxəssis matçdan öncə də qrup mərhələsində oynayacaqlarına inandığını bildirib: "Qarabağ"ın təhlükəli rəqib olduğunu və onlara qarşı arxayınlaşmamağın vacibliyini demişdim. Ola bilər ki, futbolçularım bir anlıq vəzifələrinin öhdəsindən gəldiyini düşünməyə başladılar və həmin anda rəqib qol vurdu. Bununla belə, qrup mərhələsinə vəsiqə qazanacağımıza inanırdım".