"Bizim üçün mövsümə uğursuz start artıq geridə qalıb. Avroliqanın pley-off mərhələsinin cavab oyunu artıq heç bir ciddi intriqa daşımır. Amma buna baxmayaraq, "Qarabağ"la görüşə də ciddi yanaşmağımız lazımdı. Bakıdakı qələbə hələ heç nəyi aydınlaşdırmayıb. Ona görə futbolçularımın arxayınlaşmasını istəməzdim". Fanat.az xəbər verir ki, sözləri "Ayntarxt"ın baş məşqçisi Armin Fe deyib.
Alman mütəxəssis "Qarabağ"la oyundan öncə fikirlərini bildirən alman mütəxəssis ehtiyatlı danışıb: "2:0 hesablı qələbə Bakıda önəmli idi, buradakı matçda yox. Oyuna yaxşı köklənməliyik. Futbolda hər şey ola bilər. Biz meydana qələbə qazanmaq üçün çıxacağıq. Çalışacağıq ki, qalib gəlib növbəti mərhələyə adlayaq və bunu bayram edək. Demək olar ki, oyun üçün biletlərin hamısı satılıb. Azarkeşlərimizdən böyük dəstək gözləyirik".
Armin Fe "Qarabağ"ın onlara çətinlik yaşada biləcəyini düşünür: "Qarabağ"ın əvvəlki mərhələlərdəki oyunlarını izləmişəm. Bilirəm ki, bizə çətinlik yaşada bilər. Ona görə də çox diqqətli olmalıyıq. Oyuna maksimum dərəcədə köklənməliyik. Sərfəli nəticə əldə edib qrup mərhələsinə vəsiqə qazanmalıyıq".
Fanat.az