Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Fanat.Az xəbər verir ki, qış fasiləsi ötən həftə kubok oyunları ilə başa çatsa da, çempionat qaldığı yerdən - XV turun 2 oyunu ilə başlayıb.
Turun açılış matçında "Keşlə" "Zirə"ni qəbul edib. Görüş medallar uğrunda mübarizə aparan "qartallar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyunu Azərbaycan derbisi ilə əlamətdar olub. Turun mərkəzi qarşılaşmasında son çempion "Neftçi" ilə hazırki lider "Qarabağ" münasibətlərinə aydınlıq gətirib.
Ağdam klubunda zədəlilər Xayme Romero və Şahruddin Məhəmmədəliyevlə yanaşı, cəzalı olan Patrik Andrade də vacib oyunu buraxıb. Paytaxt təmsilçisində isə yeganə itki qapıçı Aqil Məmmədov olub.
Kadinin iki qoluna Mert matçın bitiminə yaxın cavab verib. Qarşılaşmanın sonlarında "ağ-qaralar" ümidlənərək irəli atılsa da, bərabərliyi təmin etmək mümkün olmayıb. Beləliklə, xal hesabını 36 çatdıran ağdamlılar liderliyini möhkəmləndirib. 4-cü pillədəki "Neftçi" isə "köhlən atlar"dan 14 xal geri qalır.
Qeyd edək ki, tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XV tur
7 fevral
“Keşlə” – “Zirə” 0:1
Qol: Hamdaui, 45 Qırmızı vərəqə: İlkin Qırtımov, 39
“Keşlə”: 85. Kamal Bayramov, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 72. Aldair Neto, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov Baş məşqçi: Sənan Qurbanov
“Zirə”: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 25. Vüsal Əliyev Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Elgiz Abbasov “ASK Arena”
“Neftçi” – “Qarabağ” 1:2
Qollar: Mert Çelik, 82 - Kadi Borqes, 25; 62
"Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli Baş məşqçi: Samir Abasov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 10. Abdullah Zubir, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 27. Toral Bayramov Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Eldəniz Musayev “Bakcell Arena”