"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq Premyer Liqanın 34-cü turu çərçivəsində "Lester"lə oynanılan matçda (1:1) komandasının qolunun müəllifi olub.
Obameyanq İPL-dəki qollarının sayını 20-ə çatdırıb. Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, qabonlu forvard Tyerri Annridən bəri ardıcıl iki mövsüm 20 qol limitinə çatan ilk "Arsenal" futbolçusu olub.
Obameyanq cari mövsümdə Premyer Liqanın bombardirləri sıralamasında yalnız Ceymi Vardidən (22 qol) geri qalır.
Fanat.Az