Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

"Qarabağ"ın qaöıçısı Andrey Lunyov Rusiya klubuna keçə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Telegram" kanalında jurnalist İvan Karpov açıqlayıb.

O, 32 yaşlı rus qolkiperin xidmətində Moskva "Dinamo"sunun maraqlı olduğunu vurğulayıb. "Dinamo" rəhbərliyinin Andreyin heyətə qatılmasını əsas hədəf saydığı bildirilib.

Cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 32 matça çıxan Lunyov bu qarşılaşmaların 10-da qapısını toxunulmaz saxlayıb. Sözügedən futbolçunun "köhlən atlar"la müqaviləsinin müddəti  cari mövsümün sonunda başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər