"Real Madrid" La Liqanın 24-cü turunun matçında "Jirona"nı darmadağın edib (4:0).
Fanat.Az xəbər verir ki, Karlo Ançelottinin komandası 24 oyunda 19 qələbə qazanıb, 4 heç-heçə edib və 1 məğlubiyyətlə üzləşib.
"Opta Sports"un hesablamasına görə, bu, italiyalı mütəxəssisin ölkə çempionatlarında ən yaxşı nəticəsinin təkrarıdır. Ançelotti 2003/04 mövsümündə "Milan" ilə A Seriyasında 24 turdan sonra eyni nəticə əldə edib.
Qeyd edək ki, "Real" 24 turdan sonra 61 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. "Kral klubu" ən yaxın izləyicisi "Jirona"nı 5 xal qabaqlayır.