"Real Madrid" klubu La Liqanın XXX turunda "Atletik"i 2:0 hesabı ilə məğlub etməklə 27 il əvvəlki rekordunu yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.
Mənbənin hesablamasına görə, ardıcıl 24 oyundur (18 qələbə, 6 heç-heçə) çempionatda uduzmayan "Kral klubu" 1996/1997 mövsümündəki nəticəni yeniləyib. Beləliklə, Karlo Ançelotti Fabio Kapellonun uğurunu təkrarlayıb. Madrid təmsilçisi həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.
Qeyd edək ki, "Real" hazırda 75 xalla La Liqada liderdir.
Mirağa