Alleqri "Arsenal"a gedib-getməyəcəyini açıqladı

Alleqri "Arsenal"a gedib-getməyəcəyini açıqladı

"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandadan mümkün gedişi ilə bağlı açıqlama verib.

 

Fanat.Az "Football Italia”ya istinadən xəbər verir ki, mütəxəssis Turin klubuyla olan müqaviləsinin müddəti bitənə qədər işləmək istəyir:

 

"Qovmasalar, növbəti mövsüm də "Yuventus”da olacam. Əsas mənim yox, "Yuventus”un gələcəyidi. Çempionluğu qeyd etdikdən sonra təmiz başla masa arxasına oturub, hər şeyi müzakirə etməliyik. Yeni mövsüm başlayanda bizim yenidən sıfır xalımız olacaq. Yenidən nə qədər rəqabətədavamlı olduğumu göstərməliyik”.

 

Qeyd edək ki, Alleqrinin London "Arsenal”ının "sükanı arxası”na keçə biləcəyi deyilir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər