​Alleqri Ançelottinin rekordunu qırdı

​Alleqri Ançelottinin rekordunu qırdı

İtaliya çempionatının on səkkizinci turunda növbəti qələbəsini qazanan "Yuventus"un "Roma" üzərində minimal (1:0) üstünlüyü Turin klubunun baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub.

Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, Alleqri Karlo Ançelottinin sahib olduğu rekordu yeniləyib. 

"Qoca sinyora"nın çalışdırıcısı A Seriyasında 76-cı minimal hesablı qələbəsini qazanıb. O, bu mövsüm keçirdiyi 18 oyunun yarısında 1 top fərqi ilə qalib gəlib. İtaliya futbolunda “Parma”, “Milan”, “Napoli” kimi klublarda çalışmış Ançelottinin isə 75 belə qələbəsi var. 

Növbəti turda “Yuventus” “Salernitana” ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər