AL: "Qarabağ" növbəti mərhələnin bir addımlığında

AL: "Qarabağ" növbəti mərhələnin bir addımlığında

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İslandiyada "Vestri" ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək. "Trottarvöllur" stadionunda baş tutacaq qarşılaşmada ədaləti Marek Rodinanın başçılıq edəcəyi çexiyalı hakimlər briqadası qoruyacaq.

Bakıda təşkil olunan ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən "köhlənlər" səfərdəki görüşdə də favorit hesab olunur. 

Qeyd edək ki, "Qarabağ" mərhələni keçəcəyi təqdirdə, növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Avropa Liqası I təsnifat mərhələsi, cavab oyunu 16 iyul 

00:00. "Vestri" – "Qarabağ" Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun (hamısı Çexiya). Reykyavik. "Trottarvöllur" stadionu. (İlk oyun – 0:3).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər